Mikro kreditlər üzrə qrup rəhbəri (Baki filialları üzrə)
Təsvir
Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edilməsi; Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil edilməsi və icra olunmasına nəzarət edilməsi; Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edilməsi; Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak və öz rəyinin təqdim olunması; Filialın mikro kreditlər portfelinin təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və portfelə nəzarət edilməsi; Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsinin aparılması və bununla bağlı hesabatların (həftəlik) hazırlanması; Mikro kredit sahəsi üçün təçrübəçilərin hazırlanmasında iştirak; Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil; Kredit sahəsində 4 ildən çox iş təcrübəsi; Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti; Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; Ünsiyyətqurma və komandada işləmək bacarığı.