Vakansiyalar
UK

Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

· Erkən xəbərdarlıq sistemi (EWS) üzrə əsas risk siqnallarının (gecikmələr, ödəniş davranışı, dövriyyə azalmaları, anomaliyalar) gündəlik izlənməsi və yüksək riskli müştərilərin müəyyən edilməsi. · Risk səviyyəsinə uyğun olaraq müştərilərin biznes ünvanlarına səfərlərin planlaşdırılması və həyata keçirilməsi, faktiki fəaliyyətin, ticarət dövriyyəsinin və aktivlərin mövcudluğunun yoxlanılması; · Kredit vəsaitinin biznes məqsədi ilə istifadə olunmasının sənədlər və faktiki sübutlar (çeklər, POS hesabatları, foto və s.) əsasında qiymətləndirilməsi; · Aşkarlanmış risklər və uyğunsuzluqlar üzrə rəyin hazırlanması, düzəldici tədbirlərin (CAPA) təklif edilməsi və icrasının izlənməsi; · Monitorinq nəticələrinə əsasən kreditlərin risk kateqoriyasına təsirinin qiymətləndirilməsi, restrukturizasiya və ya digər risk tədbirləri üzrə rəylərin verilməsi; · Yüksək riskli hallar üzrə kreditlərin saxlanılması, məhdudlaşdırılması və ya restrukturizasiyası ilə bağlı təkliflərin hazırlanması və müvafiq komitələrə təqdim edilməsi; · Aparılan monitorinqlər üzrə qısa və aydın risk hesabatlarının hazırlanması, rəhbərlik və audit sorğuları üçün məlumatların təmin edilməsi; · Monitorinq və EWS yanaşmalarının təkmilləşdirilməsində iştirak, daxili qaydalara və etik tələblərə riayət olunmasına nəzarət.

Tələblər

  • Maliyyə, bank işi, audit və ya risk sahələri üzrə ali təhsil; · ACCA, CIA, FRM və digər müvafiq peşəkar sertifikatlar arzuolunandır; · Bank sahəsində minimum 2 il iş təcrübəsi (mikro, kredit monitorinqi/anderraytinq/audit/risk), sahə yoxlamaları və komitə təqdimatı təcrübəsi; · Klassifikasiya–ehtiyat qaydaları, mikrokredit prosesi, RSTX mexanizmi və sübutların qiymətləndirilməsi; · MS Excel və BI proqramları, eləcə də DMS/LOS sistemləri ilə işləmə bacarığı; · Güclü analitik düşüncə.
Geri