Vakansiyalar
BR

Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi

Bank Respublika ASC

Təsvir Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi; Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi; Test case-lərin hazırlanması; Manual testləri icra etmək; Baza səviyyəsində avtomatlaşdırılmış testlərin hazırlanması və icrası; Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Tələblər

  • Ali təhsil;
  • Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə);
  • SQL sorğuları ilə işləmə bacarığı (verilənlər bazasında doğrulama üçün);
  • Jira, TestRail test idarəetmə alətləri ilə işləmə;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  • Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri