Vakansiyalar
BR

Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi

Bank Respublika ASC

Təsvir

Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi; Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi; Test case-lərin hazırlanması; Manual testləri icra etmək; Baza səviyyəsində avtomatlaşdırılmış testlərin hazırlanması və icrası; Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Tələblər

  • Ali təhsil; Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır; API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə); SQL sorğuları ilə işləmə bacarığı (verilənlər bazasında doğrulama üçün) ; Jira, TestRail test idarəetmə alətləri ilə işləmə; Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı; Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı. Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Geri