Vakansiyalar
CM

Mühasib

CİBPay MMC

CIBPAY MMC müasir ödəniş həlləri və fintech xidmətləri təqdim edən innovativ ödəniş təşkilatıdır. Komandamıza peşəkar, məsuliyyətli və inkişaf yönümlü “Mühasib” axtarırıq.

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının uçotunun həyata keçirilməsi;
  • Bank hesabları üzrə əməliyyatların uçotu və üzləşdirilməsi;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin işlənməsi;
  • Vergi, DSMF, statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında iştirak;
  • Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasında iştirak;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanılmasının təmin edilməsi;
  • Audit və yoxlama prosesləri zamanı tələb olunan məlumatların hazırlanması.

Tələblər

  • Maliyyə, mühasibat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Ödəniş təşkilatı, fintech, bank və ya maliyyə sektorunda təcrübəyə üstünlük verilir;
  • 1C proqramında işləmək bacarığı;
  • Vergi və əmək qanunvericiliyi üzrə baza biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Komandada işləmək və ünsiyyət bacarığı.
  • İş şəraiti: İş yeri: Bakı şəhəri, Xətai Plaza;
  • İş qrafiki: 5 günlük iş rejimi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Geri