Vakansiyalar
AU

Mühasibat ixtisası üzrə müəllim

Azərbaycan Universiteti

Vəzifə öhdəlikləri

  • Bakalavr və magistratura səviyyələrində "Mühasibat" ixtisası üzrə nəzərdə tutulmuş fənlərin (Maliyyə uçotu, İdarəetmə uçotu, Vergi uçotu, Audit, Maliyyə hesabatları, Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS/IFRS), Dövlət sektorunda mühasibat uçotu, Xərclərin uçotu, Mühasibat informasiya sistemləri, Maliyyə təhlili və digər ixtisas fənləri) tədrisini həyata keçirmək;
  • Fənn proqramlarını (syllabus), təqvim-mövzu planlarını, mühazirə materiallarını, praktik məşğələ tapşırıqlarını və qiymətləndirmə meyarlarını hazırlamaq və mütəmadi yeniləmək;
  • Müasir pedaqoji yanaşmalar, rəqəmsal texnologiyalar və interaktiv tədris metodlarından istifadə etməklə tədris prosesini təşkil etmək;
  • Tələbələrin biliyini mövcud qiymətləndirmə qaydalarına uyğun qiymətləndirmək, imtahan sualları və qiymətləndirmə materialları hazırlamaq;
  • Tələbələrin kurs işlərinə, buraxılış ixtisas işlərinə və magistr dissertasiyalarına elmi rəhbərlik etmək;
  • Mühasibat uçotu və audit sahəsində normativ-hüquqi dəyişiklikləri, beynəlxalq standartları və müasir təcrübəni tədris prosesinə inteqrasiya etmək;
  • Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq, nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirmək, konfrans və seminarlarda iştirak etmək;
  • Tələbələrin istehsalat təcrübəsinin təşkili və mühasibat, audit, maliyyə və vergi qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsində iştirak etmək;
  • Kafedranın tədris, metodiki və təşkilati fəaliyyətində fəal iştirak etmək;
  • Universitetin daxili intizam qaydalarına, akademik etikaya və keyfiyyət təminatı sisteminin tələblərinə riayət etmək.
  • Təhsil üzrə

Tələblər

  • Namizəd aşağıdakı ixtisaslardan biri üzrə minimum magistr təhsilinə malik olmalıdır: Mühasibat;
  • Mühasibat uçotu və audit;
  • Maliyyə;
  • İqtisadiyyat;
  • Biznesin idarə edilməsi (maliyyə və mühasibat istiqaməti üzrə);
  • Vergi və vergiqoyma;
  • Digər yaxın iqtisadi ixtisaslar.
  • Aşağıdakılar üstünlük hesab edilir: Fəlsəfə doktoru (PhD) və ya elmlər doktoru elmi dərəcəsi;
  • ACCA, CIMA, CPA, DipIFR, CAP/CIPA və ya digər beynəlxalq peşəkar sertifikatlara malik olmaq;
  • Xarici universitetlərdə təhsil və ya akademik fəaliyyət təcrübəsi.
  • İş təcrübəsi Ali təhsil müəssisəsində minimum 2 il pedaqoji fəaliyyət təcrübəsi;
  • Mühasibat uçotu, audit, maliyyə, vergi və ya konsaltinq sahəsində praktiki iş təcrübəsi üstünlük hesab edilir;
  • Tədris proqramlarının və metodik vəsaitlərin hazırlanması təcrübəsi arzuolunandır;
  • Elmi layihələrdə və beynəlxalq proqramlarda iştirak təcrübəsi üstünlükdür.
  • Peşəkar biliklər Namizəd aşağıdakı istiqamətlər üzrə biliklərə malik olmalıdır: Maliyyə uçotu və idarəetmə uçotu;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS/IFRS);
  • Milli Mühasibat Uçotu Standartları;
  • Audit və daxili audit;
  • Vergi sistemi və vergi uçotu;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili;
  • Xərclərin uçotu və büdcələşdirmə;
  • Mühasibat informasiya sistemləri;
  • Korporativ maliyyə və maliyyə təhlili;
  • İqtisadi təhlil və statistik metodlar;
  • Mühasibat uçotunu tənzimləyən normativ-hüquqi aktlar;
  • Ali təhsil üzrə normativ hüquqi sənədlər.
  • Peşəkar bacarıqlar Müasir tədris metodlarından və rəqəmsal texnologiyalardan istifadə etmək bacarığı;
  • Maliyyə və mühasibat hesabatlarının hazırlanması və təhlili;
  • Mühasibat proqram təminatları ilə işləmək bacarığı;
  • Elmi-tədqiqat və akademik yazı bacarığı;
  • Analitik və tənqidi düşünmə;
  • Təqdimat və effektiv ünsiyyət bacarığı;
  • Tələbəyönümlü yanaşma və mentorluq bacarığı;
  • Komandada işləmək və təşkilatçılıq bacarığı;
  • Problemlərin operativ həlli və qərarvermə bacarığı.
  • Dil bilikləri Azərbaycan dilini sərbəst bilmək;
  • İngilis dilini ən azı B2 səviyyəsində bilmək arzuolunandır;
  • Rus dilini bilmək üstünlük hesab edilir.
  • Kompüter bilikləri Microsoft Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək;
  • LMS platformaları (Moodle, Blackboard, Canvas və s.) ilə işləmək bacarığı;
  • 1C, SAP, Oracle Financials, Microsoft Dynamics, Logo, ERP sistemləri və digər mühasibat proqramlarından ən azı biri ilə işləmək bacarığı üstünlük hesab edilir;
  • Elektron bəyannamə, e-qaimə, e-faktura və digər rəqəmsal maliyyə platformaları barədə biliklər;
  • Elmi məlumat bazaları (Scopus, Web of Science, Google Scholar və s.) ilə işləmək bacarığı.
  • Digər zəruri meyarlar Akademik və peşə etikasına riayət etmək;
  • Elmi fəaliyyətə və davamlı peşəkar inkişafa yüksək motivasiya;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti;
  • Tələbəyönümlü və innovativ yanaşma;
  • Vaxtın səmərəli idarə olunması;
  • Təhsil–biznes əməkdaşlığının inkişafına töhfə vermək bacarığı;
  • Yerli və beynəlxalq elmi layihələrdə, qrant proqramlarında və peşəkar təşkilatların fəaliyyətində iştirak təcrübəsi üstünlük hesab edilir;
  • Scopus , Web of Science və digər beynəlxalq indeksli elmi jurnallarda nəşrlərin olması, habelə beynəlxalq akkreditasiya və peşəkar sertifikatlaşdırma proseslərində iştirak təcrübəsi üstünlük hesab olunur.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Geri