Vakansiyalar
İT

Müxbir

İctimai Televiziya və Radio Yayımları Şirkəti

Təsvir

Qanunvericiliyin və redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq; Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək; -“kadrın” hazırlanması (tapşırılmış mövzu üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi); -“kadr+sinxronun” hazırlanması (tapşırılmış mövzu üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi); -video materialın hazırlanması (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin edilməsinə məsuliyyət daşıyır); Müxbir mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasına məsuliyyət daşıyır; -çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsi; İTV-nin efirində yayımlanmamış xam materialın paylaşılması və üçüncü şəxslərə ötürülməsi qadağandır. Eyni zamanda müxbir sosial şəbəkədə işıqlandırdığı mövzular üzrə paylaşım etmək istəyirsə yalnız İTV-nin loqotipi ilə efirə verilən və ya şirkətin sosial şəbəkədəki rəsmi səhifələrində yerləşdirilmiş videokadrlardan istifadə edə bilər. Gündəmə və çalışdığı struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olan mövzular təklif etmək.

Tələblər

  • Müxbir qismində 6 ay və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi; Müxbir üçün nəzərdə tutulmuş geyim qaydasına uyğun geyinmək; Adobe Premier proqramında işləmə bacarığı ; Kamera qarşısında işləməyi bacarmalı; Geniş araşdırma bacarığına sahib olmalı; Ünsiyyət bacarıqlarına malik olmalı; Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı; Tələffüzün düzgün olması; Danışıqlar aparmaq bacarığı.
Geri