Naxçıvan filialında Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Təsvir
Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək; Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi; Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək; Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək; Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq; Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək; Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.
Tələblər
- Ali təhsil; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (xarici dil biliyi üstünlük hesab olunur); Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; Bank fəaliyyəti ilə bağlı qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar üzrə biliklər; Müştəriyönümlü yanaşmaya malik olmaq, satış bacarıqları nümayiş etdirmək və satış hədəflərinin icrasına meyilli olmaq.