Vakansiyalar
BR

PL/TMM və Komplayens Departamentinə Kiçik Mütəxəssis/Mütəxəssis

Bank Respublika ASC

Təsvir

Siron Embargo proqramı vasitəsilə müştərilərin ölkədaxili köçürmə və daxilolma əməliyyatlarına nəzarətin həyata keçirilməsi; Filiallardan daxil olan sorğuların araşdırılması, təhlil edilməsi və müvafiq rəyin verilməsi; Görülmüş işlər üzrə yekun nəticələrin departament rəhbərinə mütəmadi olaraq hesabat şəklində təqdim edilməsi; Müştəri əməliyyatlarının şübhəlilik indikatorları əsasında monitorinqinin aparılması, araşdırılması və nəticələr üzrə hesabatların hazırlanması; Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens Departamentinə daxil olan sorğuların araşdırılması və əsaslandırılmış cavabların hazırlanması.

Tələblər

  • İqtisadiyyat, riyaziyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil; Bank sektorunda əməliyyat sahəsində iş təcrübəsi üstünlük hesab edilir; Microsoft Office (xüsusilə Word və Excel ) proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; data analitikası üzrə biliklər üstünlükdür; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır; Güclü analitik və məntiqi düşünmə, məlumatları təhlil etmək və qanunauyğunluqları müəyyən etmək bacarığı; Detallara diqqətli və məsuliyyətli yanaşma; Yeni bilik və bacarıqları mənimsəməyə yüksək motivasiya; Komandada effektiv işləmək və ünsiyyət qurmaq bacarığı; Konfidensial məlumatlarla işləmək və məxfiliyin qorunması prinsiplərinə riayət etmək. Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.
Geri