Port Baku filialın Fərdi Müştəri Xidmətləri qrupunun Assistenti (müvəqqəti)
Təsvir
Bankın Müştərilərinin sorğu və müraciətlərinin Bankın daxili prosedur və qaydaları ilə tanış olaraq onlara uyğun operativ şəkildə icra olunması; Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi; Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası; İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi; Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması; Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların gündəlik tərtib və təşkil edilməsi; Bankın daxili prosedurlarına əsasən, bütün aparılmış əməliyyatlar üzrə sənədləşmələrin aparılmasına (müştərilər haqqında məlumatlar daxil olmaqla) və arxivləşdirilməsinin təmin edilməsi; Filial daxilində ön-ofis işçilərini əvəz etmək qabiliyyətinə malik olması; Göstərdiyi xidmətin birbaşa aid olduğu Bankın struktur bölmələri üçün müəyyən olunan tapşırıq və layihələrin planlaşdırılması və icra olunması; Gündəlik əməliyyatların normal şəkildə həyata keçirilməsinin təmin olunması (xidmət cəhətindən); müştəri sorğularının cavablandırılmasının və peşəkar məsləhətlərin verilməsinin təmin edilməsi; Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi; Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı; Bankın hər hansı struktur bölməsinin fəaliyyətinə Bankın strateji məqsəd və mənafeləri nəzərə alınmaqla dəstək göstərilməsi.
Tələblər
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə) Kompüter bilikləri: Microsoft Office (Excel, Word) Məhsul üzrə biliklər: Bazar üzrə biliklər: Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.