Product Owner
İnkişaf etməkdə olan rəqəmsal məhsulumuzun böyüməsinə töhfə vermək və məhsulun inkişafında aktiv rol almaq istəyən təşəbbüskar Product Owner axtarırıq. Əsas vəzifələr: Məhsul strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək; İstifadəçi ehtiyaclarını və biznes tələblərini analiz edərək məhsul tələblərini formalaşdırmaq; Product Backlog-u idarə etmək, tapşırıqları prioritetləşdirmək və Product Roadmap-in hazırlanmasında iştirak etmək; User Story, Acceptance Criteria, proses axınları (Flow) və texniki tapşırıqlar hazırlamaq; Development komandası ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasını təmin etmək; Məhsul metrikalarını izləmək, təhlil etmək və inkişaf imkanları üzrə təkliflər hazırlamaq; UX/UI prinsiplərini nəzərə alaraq istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək; Marketing, Customer Support, Operations və digər daxili komandalar, eləcə də vendorlarla effektiv əməkdaşlıq qurmaq; Məhsulun inkişaf prosesini koordinasiya etmək və layihələrin vaxtında icrasına dəstək vermək; Bazarı, rəqibləri və istifadəçi davranışlarını təhlil edərək məhsulun inkişafı üçün yeni imkanlar və təşəbbüslər irəli sürmək.
Tələblər
- Məhsul idarəçiliyi, biznes analitikası və ya rəqəmsal məhsullar sahəsində 2–3 il iş təcrübəsi;
- Mobil tətbiq, marketplace, fintech, mobility və ya digər rəqəmsal məhsullarla iş təcrübəsi;
- İstifadəçi ehtiyaclarını analiz etmək, məhsul tələblərini formalaşdırmaq və texniki komandaya aydın şəkildə çatdırmaq bacarığı;
- Product Backlog-un idarə olunması, prioritetləndirmə və Product Roadmap üzrə iş təcrübəsi;
- User Story, Acceptance Criteria, Flow və texniki tapşırıqların hazırlanması üzrə bilik;
- Mobil tətbiqlərin UX/UI prinsipləri barədə anlayış;
- API inteqrasiyaları barədə ümumi anlayış;
- Məhsul metrikalarını təhlil etmək və data əsaslı qərarların qəbulunda iştirak etmək bacarığı;
- Güclü analitik düşüncə və effektiv kommunikasiya bacarığı;
- Dəyişən prioritetlərə çevik uyğunlaşmaq, təşəbbüskar olmaq və məsuliyyət götürmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq.
- İş şəraiti: 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Product Owner" qeyd etməklə