XB
Quba filialının KOS üzrə müştəri təmsilçisi
Xalq Bank
Təsvir Yeni korporativ müştərilər cəlb etmək; Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək; Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq; Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq; Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək; Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək; Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər