Regional Satış və Marketinq Partnyoru / Fitxlink Azərbaycan
Fitxlink Azərbaycanda satışlara başlayır — Regional Sales & Marketing Partner axtarırıq. Fitxlink ABŞ kökənli fitness-tech startup olaraq idman zalları, fitness klublar, pilates studiyaları, üzgüçülük mərkəzləri, spa və wellness obyektləri üçün rəqəmsal idarəetmə sistemi hazırlayır. Məqsədimiz sadədir: fitness və wellness bizneslərinin üzv qeydiyyatı, giriş nəzarəti, ödənişlər, hesabatlar və müştəri idarəetməsini daha modern, daha sürətli və daha ölçüləbilən hala gətirmək. Hazırda məhsul müəyyən səviyyəyə çatıb və ilk aktiv satış mərhələsinə Azərbaycan bazarından başlayırıq. Bu mərhələdə bizə sadəcə “satış edən” biri yox, bazarı tanıyan, əlaqələri olan və Fitxlink-in Azərbaycanda böyüməsində real rol oynaya biləcək Regional Sales & Marketing Partner lazımdır. Bu rol kim üçündür? Bu fürsət aşağıdakı profildə olan şəxslər üçün uyğundur: Fitness, wellness, spa, idman, HoReCa, retail, SaaS, CRM, POS, ödəniş sistemləri və ya B2B satış sahəsində təcrübəsi olan Biznes sahibləri, menecerlər və qərarvericilərlə rahat danışa bilən Yeni müştəri tapmaq, görüş təyin etmək və təqdimat aparmaq bacarığı olan Satış strategiyası, inandırma, follow-up və əlaqə idarəetməsi güclü olan Yeni texnologiya məhsulunu bazara çıxarmaq motivasiyası olan Komanda ilə birlikdə böyümək istəyən, nəticəyə fokuslanan Sabit maaşdan daha çox performans və böyümə üzərindən qazanmaq istəyən Biz
Niyə biz?
- ? Fitxlink-in Azərbaycanda ilk satış və böyümə mərhələsində birbaşa iştirak Satış nəticələrinə bağlı komissiya / gəlir paylaşımı modeli Seçilmiş namizədlərlə ayrıca razılaşdırılacaq uzunmüddətli partnyorluq imkanı Dinamik, yenilikçi və beynəlxalq düşüncəli qurucu komanda ilə çalışma fürsəti Gələcəkdə Azərbaycan xaricində regional bazarlara çıxış potensialı olan layihədə erkən mərhələdən yer alma imkanı Bu klassik 9–6 maaşlı vakansiya deyil.
- Bu, bazarı anlayan və doğru əlaqələri nəticəyə çevirə bilən biri üçün daha böyük fürsət ola bilər.
- Kimlər