Vakansiyalar
UK

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

Müştəri əməliyyatlarının (kart, internet bankçılığı, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması; Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi; Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, həmçinin qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi; Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması; Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiyanın aparılması; Təhlil nəticələrinə əsasən müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi; Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması. Üstünlüklər: Bank sektorunda karyera qurmaq və peşəkar təcrübə qazanmaq imkanı; Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində praktiki biliklərin artırılması; Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı; Təlim və peşəkar inkişaf proqramlarında iştirak etmək imkanı; Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq; Bankdaxili karyera inkişafı imkanlarından faydalanmaq; Dinamik iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək imkanı; Korporativ etika və bankdaxili proseslər üzrə biliklərin artırılması.

Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr təhsili arzuolunandır; Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır; Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda iş təcrübəsi arzuolunandır; Azərbaycan dilini sərbəst, ingilis dilini texniki terminologiya səviyyəsində bilmək, rus dili biliyi isə üstünlükdür; MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmək bacarığı; SQL (Oracle) üzrə biliklər, xüsusilə DQL və DML komandaları ilə işləmə bacarığı; Analitik düşünmə qabiliyyəti və detallara yüksək diqqətlilik; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı; Yeni texnologiyalar və alətləri öyrənməyə açıq olmaq.
Geri