Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
Təsvir
Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək; Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək; Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək; Təlim proqramlarında iştirak edərək risklərin idarə edilməsinə dair bilik və bacarıqların artırılması; Risklərin idarə edilməsi məqsədilə Bankın struktur bölmələrindən alınmış məlumatları təhlil etmək və nəticələrlə bağlı şöbə rəisini məlumatlandırmaq; Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək; Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək.
Tələblər
- İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili; Xarici dil bilikləri (ingilis dili -zəruri); MS Ofis proqramları ilə işləmə bacarığı; Digər proqram təminatları ilə işləmə arzuolunandır. Bank və ya əlaqəli maliyyə sektorunda bank təcrübəsi olması arzuolunandır; Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır); İşdə dəqiqlik və detallara fikirvermə bacarığı; Bilik və bacarıqların artırılmasına maraqlı olmaq; Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları; Ünsiyyət və əməkdaşlıq bacarığı; ESG üzrə biliklər arzuolunandır; CERM, ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.