Vakansiyalar
MM

Satınalma mütəxəssisi

MoyaTrade MMC

İş şəraiti İş yeri: Quba rayonu Maaş: 1000–1200 AZN + bonus/KPI Ezamiyyət xərcləri: Qanunvericiliyə uyğun ödənilir

Vəzifə öhdəlikləri

  • MoyaTrade MMC regionlarda yerli fermerlərlə işləyəcək satınalma mütəxəssisi axtarır.
  • Namizədin əsas vəzifəsi yerli fermerlərlə görüşlər keçirmək, bağ və təsərrüfatlarda məhsullar haqqında məlumat toplamaq, məhsul reyestrini formalaşdırmaq və yetişmə planını hazırlamaqdan ibarət olacaq.
  • Əsas işlər: Regionlarda yerli fermerlər və təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi;
  • Bağlarda və təsərrüfatlarda məhsulların vəziyyəti, həcmi, keyfiyyəti və yetişmə müddəti barədə məlumatların toplanması;
  • Məhsullar üzrə reyestrin hazırlanması və mütəmadi yenilənməsi;
  • Məhsulların yetişmə planının çıxarılması;
  • Bazar qiymətlərinin araşdırılması və uyğun alış qiymətlərinin müəyyənləşdirilməsi;
  • Fermerlərlə alış qiyməti və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
  • Şirkətin satınalma strategiyasına uyğun olaraq təchizat bazasının genişləndirilməsi;
  • Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Tələblər

  • Satınalma, kənd təsərrüfatı, ticarət və ya fermerlərlə iş sahəsində təcrübə arzuolunandır;
  • Regionlara mütəmadi ezamiyyətə getməyə hazır olmaq;
  • Şəxsi avtomobilinin olması mütləqdir;
  • Aktiv sürücülük təcrübəsi olmalıdır;
  • Danışıqlar aparmaq və insanlarla düzgün ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, çevik və nəticəyönümlü olmaq;
  • Bazar qiymətlərini təhlil etmək və düzgün qərar vermək bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.
  • İş şəraiti: İş qrafiki: Həftə ərzində 5 gün regionlarda ezamiyyət;
  • Əmək haqqı: 1000–1200 AZN;
  • Əlavə bonus: KPI nəticələrinə əsasən;
  • Ezamiyyət xərcləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödənilir;
  • Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti.
  • Qeyd: İş regionlara səfərlərlə bağlı olduğu üçün namizədin şəxsi avtomobili ilə hərəkət etməsi tələb olunur.
  • Uyğun namizədlər CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə
Geri