Vakansiyalar
AM

Satış meneceri

AzəriMed MMC

Təsvir

Vəzifə Öhdəlikləri: Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək. Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək. Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək. Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq. Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq. Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq. Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək. İş Şəraiti: İş qrafiki: I-V günlər - 09:00-18:00 Əmək haqqı: 600-1300 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir) Peşəkar inkişaf imkanları və komandada iş mühiti

Tələblər

  • Ali təhsil (biomühəndislik və ya tibb ixtisası tələb olunur); Tibbi biliklərə və ya tibb sahəsində təcrübə; Xarici dil biliyi (İngilis dili və rus dili); Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə; Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı; Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
Geri