AJ
Satış məsləhətçisi
Avenue Joaillerie
Lüks zərgərlik sahəsində karyera qurmaq, yüksək xidmət standartlarına uyğun işləmək və müştərilərlə ünsiyyətdən zövq almaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
- : Müştərilərə peşəkar şəkildə məsləhət vermək və zərgərlik məmulatlarının seçimində kömək etmək;
- Yüksək xidmət standartlarını təmin etmək;
- Satış planının yerinə yetirilməsi;
- Satışların rəsmiləşdirilməsi və kassa ilə işləmək;
- Butikin səliqəli və təqdimata uyğun vəziyyətdə saxlanılması;
- Məhsulların qəbulunda və vitrinə yerləşdirilməsində iştirak etmək.
Tələblər
- 25 yaşdan yuxarı xanım;
- Satış sahəsində iş təcrübəsi mütləqdir (zərgərlik və ya luxury seqmentində təcrübə üstünlükdür);
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
- Səlis nitq və xoş xarici görünüş;
- Ünsiyyətcil, məsuliyyətli və nəzakətli olmaq;
- Nəticəyönümlü işləmək bacarığı.
Niyə biz?
- Bakinın mərkəzində yerləşən premium zərgərlik butikində iş;
- Rəqabətqabiliyyətli əməkhaqqı (sabit maaş + satışdan bonus);
- Peşəkar inkişaf və təlim imkanları;
- Mehriban və peşəkar komandada çalışma imkanı.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .