Mİ
Satış, Qiymət Siyasəti və Bazar Araşdırılması üzrə Aparıcı Mütəxəssis və ya mütəxəssis
Miras
İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Ezamiyyət: Tələb olunur Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək. Əsas
Vəzifə öhdəlikləri
- Yerli və beynəlxalq bazarları, rəqibləri və sektor üzrə inkişaf tendensiyalarını təhlil etmək;
- Xarici istehsalçılar, texnologiya təminatçıları və potensial biznes tərəfdaşları üzrə bazar araşdırmaları aparmaq və əməkdaşlıq imkanlarını müəyyən etmək;
- Yeni biznes istiqamətlərini, potensial müştəriləri və tərəfdaşları müəyyən etmək;
- Məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması, qiymət formalaşdırılması, marja və rentabellik analizlərini hazırlamaq;
- Qiymət siyasətinin hazırlanmasında, təkmilləşdirilməsində və bazar qiymətlərinin monitorinqində iştirak etmək;
- Satış göstəriciləri, bazar payı, mənfəətlilik və kommersiya nəticələri üzrə analitik hesabatlar hazırlamaq;
- Yeni layihə və biznes təşəbbüslərinin iqtisadi və kommersiya əsaslandırılmasını hazırlamaq;
- Kommersiya təklifləri, təqdimatlar, konsepsiyalar və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq;
- Potensial müştəri və tərəfdaş bazasını (CRM) formalaşdırmaq və davamlı olaraq yeniləmək;
- SWOT analizləri, bazar araşdırmaları, satış proqnozları və müştəri seqmentasiyası üzrə təhlillər aparmaq;
- Tender, layihə və əməkdaşlıq imkanlarını davamlı monitorinq etmək;
- Dövlət qurumları, beynəlxalq təşkilatlar və biznes tərəfdaşları ilə yazışmalar aparmaq, görüş və danışıqlarda iştirak etmək;
- Kommersiya danışıqları və müqaviləöncəsi proseslərdə iştirak etmək;
- Marketinq və biznes inkişafı layihələrinin hazırlanması və icrasında iştirak etmək;
- Satış və biznes inkişafı üzrə KPI göstəricilərinin monitorinqini aparmaq;
- Şirkəti sərgilərdə, beynəlxalq tədbirlərdə, forumlarda və işgüzar görüşlərdə təmsil etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Təhsil İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Maliyyə, Beynəlxalq münasibətlər, Beynəlxalq ticarət və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Magistr təhsili üstünlük hesab olunur.
- İş təcrübəsi Biznesin inkişafı, satış, kommersiya, marketinq, bazar araşdırmaları və ya strateji planlaşdırma sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Müdafiə sənayesi, sənaye və ya B2B satış sahəsində təcrübə üstünlükdür;
- Xarici tərəfdaşlarla əməkdaşlıq və beynəlxalq B2B layihələrində iştirak təcrübəsi arzuolunandır.
- Peşəkar bilik və bacarıqlar Bazar araşdırmaları və analitik təhlil metodlarını bilmək;
- Qiymətqoyma metodları və kommersiya strategiyalarının hazırlanması bacarığı;
- Maya dəyəri, rentabellik və satış analitikası üzrə təcrübə;
- Biznes planlar, kommersiya təklifləri və təqdimatlar hazırlamaq bacarığı;
- Maliyyə göstəricilərinin təhlili və analitik hesabatların hazırlanması;
- Kommersiya danışıqları və müqaviləöncəsi proseslər üzrə biliklər;
- MS Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Excel (Pivot Table, Power Query, məlumat bazaları və analitik hesabatlar) üzrə yüksək bilik;
- ERP, CRM sistemləri ilə işləmək bacarığı;
- Power BI, Tableau və ya digər BI platformaları üzrə biliklər üstünlükdür.
- Dil bilikləri Azərbaycan dili – əla;
- İngilis dili – yüksək səviyyədə;
- Rus dili – yüksək səviyyədə.
- Şəxsi keyfiyyətlər Analitik və strateji düşüncə;
- Kommersiya yönümlü yanaşma;
- Güclü araşdırma və analiz bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və münasibətləri idarə etmək bacarığı;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- Məlumatlara əsaslanan qərarvermə bacarığı;
- Komanda ilə və müstəqil işləmək bacarığı;
- Vaxtın effektiv idarə olunması;
- Yüksək məsuliyyətlilik və peşəkar etika.
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış, Qiymət Siyasəti və Bazar Araşdırılması üzrə Mütəxəssis" qeyd etməklə