Vakansiyalar
AA

Satış və Əməkdaşlıq İdarəsi / Biznes Əməliyyatları üzrə Mütəxəssis

Azerbaijan Airlines

Təsvir Biznes proseslərinin qurulması, optimallaşdırılması və vahid yanaşma əsasında idarə olunmasını təmin etmək; Proses sahibliyi (Process Ownership) çərçivəsində standartların tətbiqinə və icrasına nəzarət etmək; Satış, Maliyyə, İT və Hüquq komandaları ilə birgə çoxfunksiyalı layihələri koordinasiya və idarə etmək; Satış planlaşdırılması üzrə proseslərin, nəzarət mexanizmlərinin və əməliyyatların effektiv icrasını təmin etmək; Biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrini idarə etmək; Layihələrin planlaşdırılması, icra müddətləri, resurslar və risklərin idarə olunmasını həyata keçirmək; Biznes tələblərini toplamaq, texniki tapşırıqlar və prosedurlar hazırlamaq, onların icrasına nəzarət etmək; Dəyişikliklərin idarə olunması (Change Management) prosesini və istifadəçi kommunikasiyasını təşkil etmək; Komanda fəaliyyətini izləmək, əməliyyat səmərəliliyini və müştəri məmnuniyyətini artırmağa yönəlmiş təşəbbüslər həyata keçirmək.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Biznes proseslərinin idarə olunması, optimallaşdırılması və layihələrin koordinasiyası sahəsində praktiki təcrübə;
  • Project Management və Change Management yanaşmaları üzrə biliklər;
  • Biznes tələblərinin toplanması, proseslərin sənədləşdirilməsi və texniki tapşırıqların hazırlanması bacarığı;
  • Trello, ClickUp, Jira, Confluence, BPMN alətləri və CRM sistemləri ilə işləmə təcrübəsi;
  • MS Excel, Word, PowerPoint və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • İş qrafiki: 5 günlük.
  • İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Geri