Vakansiyalar
İG

SƏTƏM (HSE) Mütəxəssisi

İteam Group

İş yeri - Bakı (obyektlərə ezamiyyətlərlə) Nəzərdə tutulan əmək haqqı - 1500 – 2500 AZN aralığında Vəzifənin məqsədi Quraşdırma sahələrində (obyektlərdə), anbar və istehsalat proseslərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM/HSE) standartlarının tətbiqini təmin etmək, işçi heyəti üçün təhlükəsiz iş mühiti yaratmaq və şirkəti əməliyyat risklərindən qorumaq. Əsas vəzifə və öhdəliklər Quraşdırma obyektlərində (təhlükəsizlik sistemləri, şlaqbaum, WIM stansiyaları) SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək İşə başlamadan əvvəl risklərin qiymətləndirilməsi (Risk Assessment) və təhlükəsiz iş metodları (Method Statement) sənədlərini hazırlamaq Hündürlükdə iş, elektrik təhlükəsizliyi, yolüstü/tranzit zonalarda iş kimi yüksək risk daşıyan fəaliyyətlər üçün xüsusi təlimatlar tərtib etmək İş yerlərində müntəzəm təhlükəsizlik yoxlamaları (audit) və qeyri-uyğunluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək İş yerində baş verən hadisə, qəza və insidentlərin araşdırılması, hesabatlılığı və kök səbəb analizini aparmaq Yeni işçilər və subpodratçılar üçün SƏTƏM təlimlərinin (induction) təşkili və keçirilməsi Fərdi mühafizə vasitələrinin (FMV/PPE) təminatına və düzgün istifadəsinə nəzarət Ətraf mühitin mühafizəsi tələblərinə (tullantıların idarə edilməsi, təbii resurslardan səmərəli istifadə) uyğunluğu təmin etmək Dövlət qurumları (Əmək Müfəttişliyi və s.) ilə əlaqələrin qurulması və qanunvericiliyə uyğunluğun izlənməsi Aylıq/rüblük SƏTƏM hesabatlarının rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Ali təhsil — Əməyin mühafizəsi, Ekologiya, Mühəndislik və ya oxşar sahə üzrə SƏTƏM/HSE sahəsində minimum 2-3 il iş təcrübəsi (tikinti, quraşdırma və ya sənaye sahəsində arzuolunandır) İSO 45001 (Əməyin Təhlükəsizliyi) və İSO 14001 (Ətraf Mühit) standartları barədə biliklər Azərbaycan Respublikasının əmək mühafizəsi qanunvericiliyinə dərin bələdlik Risklərin qiymətləndirilməsi metodologiyaları (HAZOP, JSA və s.) üzrə praktiki bacarıq MS Office proqramları üzrə sərbəst işləmə bacarığı Yüksək məsuliyyət hissi, təfərrüata diqqət və qərar qəbul etmə bacarığı Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür, obyektlərə ezamiyyət tələb olunur Şirkətimiz nə təklif edir Rəqabətədavamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur) Rəsmi məşğulluq və sosial təminat Müasir texnologiyalar əsasında aparılan iri infrastruktur layihələrində iştirak Sabit və peşəkar korporativ mühit Maraqlanan namizədlər CV-lərini vəzifənin adını ("SƏTƏM Mütəxəssisi") mövzu sətrində qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: faridaaliyeva45@gmail.com info@iteam.az Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Geri
İG
SƏTƏM (HSE) Mütəxəssisi
İteam Group
Müraciət et
Elan tarixi: 06 iyul 2026
Son müraciət: 06 avqust 2026
Sirk?t İteam Group
Ölkə Azərbaycan
Şəhər Bakı
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 145089
Baxış 18

Detail.Share