Vakansiyalar
AB

SƏTƏM üzrə Mütəxəssis

atb bank

Təsvir

Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi; Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət; İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil etmək; İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək; Əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərin artırılmasına dair daxili təlimlər keçirmək, işçilərin maarifləndirilməsi və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək; İş sahələrində SƏTƏM tələblərinə əməl olunmasına nəzarət etmək, mütəmadi yoxlamalar, auditlər və monitorinqlər həyata keçirmək; SƏTƏM üzrə hesabatlar, statistik göstəricilərin hazırlanması və rəhbərliyə təqdim etmək.

Tələblər

  • Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi, Ekologiya və ya digər uyğun ixtisaslar üzrə); Azərbaycan dilini sərbəst bilmək; Sahə üzrə təcrübə (SƏTƏM üzrə daxili prosedurların hazırlanması və tətbiqi sahəsində təcrübə) üstünlük hesab olunur; Azərbaycan Respublikasının əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə qanunvericiliyini bilmək; Risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditləri, insident araşdırılması və kök səbəb analizinin aparılması üzrə praktiki təcrübə üstünlükdür; Problem həll etmə və qərarvermə bacarığı; Kommunikasiya bacarıqları.
Geri