Vakansiyalar
AQ

Smeta mühəndisi

Azconstruction QSC

Vəzifə öhdəlikləri

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s.
  • qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Vahid qiymət analizləri;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Tikinti materialları və inventarına nəzarət;

Tələblər

  • Ali təhsil:İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi : Tikinti sahəsində iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (Rus dili, İngilis dili arzuolunandır) MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı Ezama gedə bilən namizədlərə üstünlük veriləcək Əlavə məlumat: İş qrafiki: 6/1, 08:00-17:45 Əmək haqqı: Müsahibə zamanı İş yeri: Bakı şəhəri.
  • Nərimanov rayonu, Ziya Bünyadov 625 CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Smeta Mühəndisi” qeyd edərək
Geri