Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi (təhlil istiqaməti üzrə)
Təsvir
Fəaliyyət istiqamətləri üzrə iqtisadi, statistik və analitik təhlillərin aparılması; Rəqəmsal inkişaf, telekommunikasiya, nəqliyyat və digər aidiyyəti sahələr üzrə sosial-iqtisadi göstəricilərin təhlili və qiymətləndirilməsi; Sektorlar üzrə inkişaf tendensiyalarının, risklərin və imkanların müəyyən edilməsi, siyasət təkliflərinin hazırlanması; Statistik məlumatların toplanması, emalı, sistemləşdirilməsi və təhlilinin həyata keçirilməsi; Analitik hesabatların, arayışların, təqdimatların və qərarverməni dəstəkləyən materialların hazırlanması; İqtisadi və sektor göstəriciləri üzrə qısamüddətli və ortamüddətli proqnozların və ssenari təhlillərinin hazırlanması; Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müqayisəli təhlillərin aparılması; Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların icrası.
Tələblər
- İqtisadiyyat, maliyyə, statistika, tətbiqi riyaziyyat, dövlət idarəetməsi, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil; İqtisadi təhlil, strateji planlaşdırma, statistika və ya əlaqəli sahələr üzrə minimum 3 il iş təcrübəsi; İqtisadi və statistik proqnozlaşdırma metodları üzrə biliklər; Zaman sıralarının (time series) təhlili və proqnozlaşdırılması bacarığı; Python və ya R proqramlaşdırma dilləri ilə işləmək bacarığı; Məlumatların emalı, təhlili və vizuallaşdırılması üzrə təcrübə; İqtisadi və sektor göstəricilərinin təhlili, inkişaf tendensiyalarının və risklərin qiymətləndirilməsi bacarığı; Proqnozlaşdırma və ssenari təhlili üzrə bilik və təcrübə; Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə.