Vakansiyalar
MG

Sürücü

My Group Holding MMC

Vəzifələr və məsuliyyətlər: Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun idarə etmək; Məhsulların anbarlardan mağazalara, müştərilərə və digər təyinat nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək; Daşınan məhsulların təhvil-təslim prosesində iştirak etmək və müvafiq sənədləri təqdim etmək; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Avtomobilin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsizlik tələblərini gözləmək; Yükləmə və boşaltma proseslərində zəruri hallarda dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Tələblər

  • Sürücü vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Mexaniki sürətlər qutusu (mexanika) olan avtomobilləri sərbəst idarə etmək bacarığı;
  • Yol hərəkəti qaydalarını yaxşı bilmək;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Fiziki cəhətdən aktiv və məhsulların daşınması prosesində iştirak edə bilmək.
  • İş saatları və əmək şərtləri Əmək haqqı: 800 Azn İş qrafiki: 5 günlük iş qrafiki.
  • İş yeri: Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı).
Geri