Təhlükəsizlik əməkdaşı (Hazırlıq Məktəbi)
Təsvir
Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək; Binaya buraxılan şəxslərin "Nəzarət buraxılış qeydləri" kitabında qeydiyyatını aparmaq; Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək; Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək; Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək; Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək; Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək; Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus dili orta səviyyədə; Boy 1.75 sm-dən yuxarı. Biz nə təklif edirik: İş yeri: LANDAU School, Zabitlər parkı; AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.