Tələbə aqronom (Beyləqan filialı)
Təsvir
Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək; Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq; Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi və s.) müəyyən etmək; Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək; Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək; Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək; Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması; Bitkinin vegetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək; Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək; Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək. Həyata keçirilən işlərin hesabatlılığının aparılması.
Tələblər
- Təhsil: Ali və ya orta-ixtisas təhsili; Təcrübə: Təcrübə tələb olunmur; Dil bilikləri: Azərbaycan dili; Kompüter bilikləri: MS Office proqramları biliklərinin olması üstünlükdür. Texniki bilikləri: Aqrotexniki tədbirlərin görülməsi; İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi; Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq; Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə; Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır; Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.