Vakansiyalar
LE

Təsərrüfat işçisi (Landau Hazırlıq Məktəbi)

Landau Education Group

Təsvir

Ofis və ya müəssisə daxilində ümumi təsərrüfat işlərinin görülməsi; Texniki və təmir işlərinin yerinə yetirilməsi; Məktəbin həyətinin, giriş-çıxış yollarının və ümumi ərazisinin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək. Fasilələrdən, tədbirlərdən və digər kütləvi fəaliyyətlərdən sonra otaqların və ümumi sahələrin səliqəyə salınmasını təmin etmək. Məktəbin təsərrüfat avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək. Təmizlik və təsərrüfat ləvazimatlarının ehtiyatını izləmək, çatışmazlıq yarandıqda rəhbərliyi vaxtında məlumatlandırmaq. Tədris və inzibati otaqlarda avadanlıqların düzgün və təyinatı üzrə istifadəsinə nəzarət etmək. Qəza və fövqəladə hallar zamanı dərhal rəhbərliyə məlumat vermək və zəruri ilkin dəstəyi göstərmək. Avadanlıqların daşınması, quraşdırılması və yerləşdirilməsi zamanı texniki yardım göstərmək. Rəhbərlik tərəfindən verilən digər təsərrüfat xarakterli tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək.

Tələblər

  • Təsərrüfat və ya texniki xidmət sahəsində ən azı 1 il iş təcrübəsi; Təhsil və ya inzibati müəssisələrdə iş təcrübəsinə üstünlük verilir; Sadə texniki təmir işləri üzrə ilkin biliklər; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar normaları haqqında anlayış. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; 6 günlük qrafik; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Geri
LE
Təsərrüfat işçisi (Landau Hazırlıq Məktəbi)
Landau Education Group
Müraciət et
Elan tarixi: 25 iyul 2026
Son müraciət: 19 avqust 2026
Ölkə Azərbaycan
Şəhər Bakı
İş növü Tam ştat
Mənbə ID 84579982
Baxış 2

Detail.Share