Vakansiyalar
LE

Texniki dəstək üzrə kiçik mütəxəssis

Landau Education Group

Təsvir

Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi; Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi; Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi; Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi; İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi; İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli; Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli; Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi; Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas təhsili; Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi; Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür). Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır; Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli; Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri; TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri; LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı; Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).  Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə); İş yeri: Bayıl (servis mövcuddur); Həyat yığım sığortası; Könüllü tibbi sığorta; Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər; Korporativ təlimlərə qatılma imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Geri