Usta köməkçisi
Təsvir
Ustanın və Əyirici sahə rəisinin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək; Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək; Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək; Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək; İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək; Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq; Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq; Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək; Təmir ediləcək avadanlığın, qurğunun və maşınların quruluşunu bilmək; İstifadə edilən ölçü alətləri və cihazların tətbiqi məqsədləri, xüsusiyyətləri və qaydalarını bilmək; Avadanlıqların təmiri, montajı və quraşdırılması üzrə texnoloji prosesi bilmək; Orta ixtisas təhsili və ya ekvivalent təlim, və ya orta ixtisas təhsilinə bərabər tutula bilən staj müddəti (sahə üzrə); Şifahi və yazılı ünsiyyət bacarıqları; Komandada işləmə bacarığı; Diqqətlilik; Məsuliyyətlilik. Əlavə məlumat: İş qrafiki: Növbəli; İş yeri: Bakı şəhəri, H.Əliyev prospekti 95; Nahar şirkət tərəfindən təmin edilir.