Vakansiyalar
UK

Verilənlər üzrə Baş Mühəndis

Unibank Kommersiya Bankı

Təsvir

Medallion Architecture əsasında çoxqatlı məlumat axınları üçün strateji həllərin hazırlanması; Məlumatların emalı və saxlanılması proseslərini dəstəkləyən irimiqyaslı data pipeline -ların hazırlanması və idarə edilməsi; Data platformalarının performansını və etibarlılığını artırmaq məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi; Apache Iceberg və digər məlumat saxlama həlləri üzrə təhlükəsizlik və uyğunluq strategiyalarının tətbiqi; Kubernetes əsaslı data platformalarının sabitliyinin və miqyaslana bilmə qabiliyyətinin təmin edilməsi; Resursların idarə olunması strategiyalarının hazırlanması və platforma daxilində avtomatlaşdırılmış həllərin tətbiqi; Layihələrin planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində komanda ilə sıx əməkdaşlıq edilməsi; Junior və Middle Data Engineer-lərə texniki mentorluq göstərilməsi və peşəkar inkişaflarının dəstəklənməsi; Mövcud texnologiya ekosisteminin qiymətləndirilməsi və yeni texnoloji həllərin platformaya inteqrasiyasının idarə edilməsi. Üstünlüklərimiz: Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Komanda daxilində güclü bilik və təcrübə mübadiləsi; Rahat və müasir iş mühiti; Tibbi sığorta.

Tələblər

  • Kompüter elmləri, Məlumat mühəndisliyi (Data Engineering) və ya müvafiq sahə üzrə magistr və ya daha yüksək təhsil; Data mühəndisliyi və ya data platformalarının dizaynı sahəsində minimum 5 il iş təcrübəsi; Proqramlaşdırma dillərindən Python, SQL və ya Java üzrə ən azı birində dərin bilik; Apache Airflow və dbt alətləri ilə işləmə təcrübəsi; Məlumat axını texnologiyaları: Apache Kafka və Confluent üzrə bilik; Məlumat emalı mühərriklərindən Apache Spark , Apache Flink və ya Apache Arrow üzrə ən azı birində dərin bilik; Məlumat saxlama sistemləri: Apache Iceberg , Delta Lake və MinIO (S3) ilə işləmə təcrübəsi; Kubernetes mühitində irimiqyaslı platformaların idarə olunması təcrübəsi; Liderlik və qərarvermə bacarıqları; Strateji düşüncə və innovativ yanaşma; Effektiv ünsiyyət və təqdimat bacarıqları.
Geri