Vakansiyalar
CC

Videoqraf

Careers Consulting LLC

Əsas öhdəliklər: Şirkətin restoran, təhsil və digər layihələri üzrə reklam, təqdimat və sosial media üçün video çəkilişlərinin həyata keçirilməsi; Promo, Reels, TikTok, Story, corporate və event formatlarında kreativ video kontentlərin hazırlanması; Food & beverage, lifestyle, event və atmosphere kontentlərinin çəkilməsi; Çəkilmiş materialların montaj olunması və sosial media platformalarına uyğun formatlanması; Adobe Premiere Pro, After Effects və digər proqramlar vasitəsilə montaj, rəng korreksiyası və post-prodakşn işlərinin aparılması; Videolar üzərində keçidlər, musiqi, titrlər, effektlər, color correction və səs uyğunlaşdırılması işlərinin icrası; Çəkiliş ssenarilərinin hazırlanması və yaradıcı kontent ideyalarının təklif olunması; Foto çəkilişlərin həyata keçirilməsi və materialların arxivləşdirilməsi; Instagram, TikTok və YouTube platformaları üçün optimallaşdırılmış kontentlərin hazırlanması; Marketinq və SMM komandası ilə birlikdə kontent planlamasında iştirak; Viral və trend kontent formatlarının araşdırılması və tətbiqi; Mövsümi kampaniyalar, tədbirlər və xüsusi layihələr üçün kontent hazırlanması; Çəkiliş avadanlıqlarından texniki qaydalara uyğun istifadə olunması; Kontentlərin vaxtında təhvil verilməsinin təmin edilməsi. Kvalifikasiya tələbləri: İş təcrübəsi: Video çəkiliş və montaj sahəsində minimum 2 il; (Restoran, hospitality, entertainment, retail və ya təhsil sahəsində təcrübə üstünlükdür) Təhsil: Media, Kino/Video istehsalı, Dizayn, Marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür; Tələb olunan bilik və bacarıqlar : Adobe After Effects və digər montaj proqramları üzrə biliklər; Professional video çəkilişi üzrə praktiki biliklər; İşıqlandırma və audio istifadəsi üzrə biliklər; Kadr quruluşu, kompozisiya və vizual estetika anlayışı; Rəng korreksiyası və post-prodakşn üzrə biliklər; Sosial media dinamikası və kontent trendləri üzrə biliklər; Adobe Premiere Pro proqramında peşəkar səviyyədə işləmək bacarığı; Reels, TikTok və YouTube Shorts formatlarında dinamik montaj bacarığı; Storytelling və kreativ kontent hazırlamaq bacarığı; Detallara diqqət və yaradıcı düşüncə; Komanda ilə işləmək bacarığı; Operativ işləmək və deadline-lara riayət etmək bacarığı; Yeni texnologiya və trendlərə sürətli adaptasiya. Təklif edirik: Əmək haqqı: 1000–1500 AZN; Satış hədəflərinə uyğun bonus sistemi; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul; Müasir avadanlıq və texniki dəstək; Stabil və yaradıcı iş mühiti; Maraqlı layihələr və eventlər üzərində işləmək imkanı; Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi; Nahar şirkət tərəfindən təmin olunur. Tələblərə cavab verən namizədlər CV-lərini və portfolio / iş nümunələrini mövzu hissəsində “ Videoqraf ” qeyd etməklə

Geri