AM
VMware virtualizasiya sistemləri üzrə mühəndis
AzInTelecom MMC
Təsvir
VMware əsaslı virtual infrastrukturun quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi; Virtual mühitlərin yüksək əlçatanlığının (High Availability), performansının və təhlükəsizliyinin təmin edilməsi; Backup, replikasiya və Disaster Recovery həllərinin idarə olunması, ehtiyat nüsxələmə və bərpa proseslərinin icrası; Server, storage və SAN infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması; Virtual infrastruktur üzrə insidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və sistemlərin monitorinqinin həyata keçirilməsi; Virtualizasiya mühitinin inkişafı və optimallaşdırılması istiqamətində digər İT komandaları ilə əməkdaşlıq.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə); Sistem mühəndisliyi, Virtualizasiya mühəndisliyi istiqamətində 2-3 il iş təcrübəsi; Virtualizasiya: VMware vSphere, Hyper-V, platformaları ilə işləmə bacarığı, virtualizasiya ilə bağlı dərin biliklər; Backup və replikasiya texnologiyaları: Veeam Backup & Replication, Zerto, VMware Site Recovery Manager (SRM), Microfocus Data Protector həlləri ilə bilik və təcrübə; Linux əməliyyat sistemləri: RHEL, Ubuntu, CentOS, Debian idarəetməsi və optimizasiyası; Şəbəkə texnologiyaları və ümumi şəbəkə bilikləri: VLAN, Routing, VPN, Firewall, Load Balancing və şəbəkə təhlükəsizliyi; Server və storage avadanlıqları: Fiziki serverlər və storage sistemlərinin konfiqurasiyası və idarə olunması; SAN switch konfiqurasiyası: SAN Switch-lərinin konfiqurasiyası, zoning və fiber channel şəbəkələrinin idarə edilməsi; Monitorinq alətləri: Zabbix, OPManager, AppManager, PRTG, Grafana, Prometheus ilə sistemlərin və şəbəkələrin monitorinqi; İdarəetmə və avtomatlaşdırma alətləri: ManageEngine ailəsinə aid məhsullar (Endpoint Central, , ADManager və s.) və ya digər idarəetmə sistemləri; Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti; Daxili və xarici müştərilərlə peşəkar ünsiyyət və texniki dəstək göstərmə bacarığı; Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları. İş rejimi: Növbəli qrafik əsasında.