Yevlax filialının Müştəri xidməti şöbəsi üzrə mütəxəssis
Təsvir Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi; Kredit müraciətlərinin qəbulu və analizi; Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; Kredit sənədlərinin tərtibi; Kredit portfelinə nəzarət və idarə etmək; Müştəri hesablarının aparılmasına nəzarət; Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması. Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq; Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali təhsil;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər