Yük xəzinədarı (H.Z.Tağıyev qəsəbəsi)
Təsvir
Daşınmaya təqdim edilən yüklərin daşıma sənədlərinin yük göndərən tərəfindən doldurmasını yoxlamaq; Göndərməyə qəbul olunan yükləri rəsmiləşdirmək; Stansiyaya qəbul olunan yüklərin verilməsini rəsmiləşdirmək; Daşıma ilə əlaqədar yüklərin müvafiq ödənişlərini hesablanmaq; Yükün daşıma haqqının hesabatı, bütün yığımların, ödəmələrin və cərimələrin tutulması, yüklərin ünvan dəyişməsini yerinə yetirmək; Yüklərin daşıma planının operativ yerinə yetirilmə qeydiyyatını aparmaq; Yükləmə, boşaltma, dalan yollarında hərəkət tərkibinin boş dayanması hesabatını tərtib etmək; Kassa kitabında müvafiq qeydlər aparmaq və kassa hesabatını tərtib etmək; Hesabat blanklarının saxlanılması təmin etmək və onların hesabatını aparmaq; ADY rəhbərliyi tərəfindən təsdiq edilmiş tarif qaydalara dəyişikliklərin və əlavələrin edilməsini izləmək; Yüklənən və boşalan vaqonların emal olunmasını “ADY” SMART proqramı üzərindən işləmək.
Tələblər
- Ümumi təhsil ; Növbəli iş qrafiki; Dəmiryol Texniki istismar qaydaları üzrə biliklər; Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər; Yük daşıma qaydaları üzrə biliklər ; Diqqətlilik, məlumatların idarə edilməsi kimi səriştələrə sahib olmalı.