AM
Armaturçu
Azfen MMC
Responsibilities
- Armaturlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək.
- İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, armaturlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, armaturlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək.
- Armaturlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq.
- Verilmiş cizgi və eskizlər üzrə armaturların düzgün əyilməsinə, birləşməsinə, bağlanmasına diqqət yetirmək.
- İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək.
- Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək.
- Armaturların paslanma, deformasiya və digər qüsurlardan təmizlənməsini təmin etmək.
- Betonlama zamanı armaturların yerindən tərpənməməsi üçün möhkəmləndirici tədbirlərin görülməsini təmin etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.
Requirements
- və Təcrübə: Müvafiq sahə üzrə (armaturçu və ya tikinti işləri) minimum 1 il iş təcrübəsi Texniki çertyoj və eskizləri oxumaq bacarığı Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması üzrə praktiki biliklər Tikinti norma və qaydaları, eləcə də keyfiyyət tələbləri barədə anlayış Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmə bacarığı Fiziki cəhətdən sağlamlıq və sahə şəraitində işləmək imkanı Komanda ilə işləmə və verilmiş tapşırıqları vaxtında icra etmə bacarığı Məsuliyyətlilik, dəqiqlik və intizamlılıq.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .