NH
Audit və Təftiş üzrə Mütəxəssis
Novator HRC
İş barədə məlumat: İş yeri: Ramana (Buta şadlıq sarayının arxası, Hava limanı yolunun üstü) İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi Əmək haqqı: 1500-2000 Azn (Namizədin təcrübəsinə uyğun olaraq rəqabətqabiliyyətli əməkhaqqı təyin olunacaq)
Responsibilities
- Debitor və müştəri borclarının nəzarəti: Şirkətin müştəriləri ilə mütəmadi olaraq debitor borclarının yoxlanılması və rəsmi üzləşmə aktlarının tərtib edilməsi;
- Satışa Dəstək.
- Satış komandasının fəaliyyətinə, müştərilərlə olan maliyyə hesablaşmalarına, limitlərin aşılmasına və ödənişlərin vaxtında yığılmasına nəzarət edilməsi;
- Anbar auditi: Anbarlarda olan mal qalıqlarının, xammal və hazır məhsulların hərəkətinin daxili proqram və faktiki olaraq yoxlanılması, qəfil və planlı inventarizasiyaların keçirilməsi;
- Əsas vəsaitlərin təftişi: Şirkətə məxsus olan əsas vəsaitlərin, avadanlıqların və inventarların mövcudluğunun, qorunmasının və hərəkətinin mütəmadi yoxlanılması;
- Şöbələrarası ümumi nəzarət: Şirkətin digər strukturlarında (satınalma, logistika və s.) daxili prosedurlara əməl olunmasını yoxlamaq və sui-istifadə hallarının (itkilər, kənarlaşmalar) qarşısını almaq;
- Hesabatlılıq: Aparılmış təftiş və yoxlamaların nəticələrinə dair aktların tərtib edilməsi, fərqliliklərin səbəbini araşdıraraq birbaşa rəhbərliyə analitik hesabatların təqdim edilməsi.
- Namizədə dair
Requirements
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Biznesin idarə edilməsi sahəsi üstünlükdür);
- Şəxsi avtomobil (Gündəlik yanacaq qarşılanır) Təcrübə: Daxili nəzarət, təftiş, kommersiya auditi və ya anbar/debitor auditi sahəsində minimum 3 il iş təcrübəsi;
- Proqram bilikləri: 1C (xüsusilə Ticarət və Anbar / ERP modulları) və MS Excel proqramlarından professional səviyyədə istifadə bacarığı (məlumatların çarpaz yoxlanılması üçün);
- Analitik bacarıqlar: Rəqəmlərlə işləmə, sənədlərdəki və sistemdəki uyğunsuzluqları tez bir zamanda aşkar etmə qabiliyyəti;
- Şəxsi keyfiyyətlər: Yüksək prinsipiallıq, dürüstlük, təsir altına düşməmək, güclü ünsiyyət və müştərilərlə/satış menecerləri ilə üzləşmə zamanı lazımi rəsmiyyəti qorumaq bacarığı;
- Ezamiyyət imkanı: Şirkətin digər satış nöqtələri və ya kənar anbarları olduğu təqdirdə qısa müddətli ezamiyyətlərə hazır olmaq.
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Audit və təftiş üzrə mütəxəssis" qeyd etməklə