Vacancies
AA

Baş baytar

A+CO ASC

“ A+CO ” ASC şirkəti “Baş baytar” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Responsibilities

  • İcraçı Direktora müntəzəm fəaliyyət hesabatları təqdim etmək və baytarlıq fəaliyyəti ilə bağlı məlumatlandırmanı təmin etmək;
  • Müəssisənin bütün təsərrüfatlarında iribuynuzlu heyvanların sağlamlıq vəziyyətinin, baytarlıq xidmətlərinin və heyvanların idarə olunmasının təşkilinə və nəzarətinə rəhbərlik etmək;
  • Sürünün sağlamlığının qorunması, məhsuldarlığın artırılması və sağlamlaşdırılması məqsədilə müalicə, profilaktika, vaksinasiya, reproduksiya, dırnaq baxımı və digər baytarlıq proqramlarını hazırlamaq, icrasını təşkil etmək və nəzarətdə saxlamaq;
  • İllik epizootik tədbirlər planını, vaksinasiya qrafiklərini və digər baytarlıq fəaliyyət planlarını hazırlamaq və icrasını təmin etmək;
  • Baytarlıq bölməsinin fəaliyyətini, iş bölgüsünü və iş qrafiklərini planlaşdırmaq, baytar həkimlərin fəaliyyətinə metodiki rəhbərlik etmək;
  • Heyvanlara gündəlik nəzarəti təşkil etmək, xəstə heyvanların diaqnostikası, müalicəsi və profilaktik tədbirləri üzrə qərarlar qəbul etmək və icrasına nəzarət etmək;
  • Riskli doğuşlar və reproduktiv problemlər zamanı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Heyvan ölümləri, xəstəlik halları və digər itkilərin səbəblərini araşdırmaq, zərurət yarandıqda patoloji yarma aparmaq, laborator müayinələri təşkil etmək və nəticələr üzrə tədbirlər planı hazırlamaq;
  • Baytarlıq fəaliyyətinə aid bütün qeydiyyat, uçot və sənədləşmənin düzgün aparılmasını, məlumatların müvafiq informasiya sistemlərinə daxil edilməsini və hesabatlılığını təmin etmək;
  • Dərman vasitələri, vaksinlər və digər baytarlıq ləvazimatlarına olan tələbatı müəyyən etmək, ehtiyac planlamasını həyata keçirmək və satınalma üzrə təkliflər vermək;
  • Baytarlıq fəaliyyəti üzrə dövri statistik, əməliyyat və dövlət hesabatlarını hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
  • Dövlət baytarlıq orqanlarının tələblərinə uyğun olaraq karantin, epizootik nəzarət və digər məcburi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Əmək mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Requirements

  • Ali təhsil (Baytarlıq sahəsi üzrə);
  • Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi;
  • Komanda ilə işləmək bacarığı, dəqiqlik, məsuliyyətlilik;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst.
  • İş şəraiti: İş yeri: Saatlı rayonu ;
  • Yaşayış yeri ilə təmin edilir;
  • Nahar, korporativ nömrə və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş baytar” yazaraq
Back