(Gəncə, Şirvan) Kiçik və Orta Biznes kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis
Təsvir
Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək; Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi; Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək; Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək; Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq; Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək; Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.
Requirements
- Ali təhsil; Bank, maliyyə və ya əlaqəli sahələrdə satış təcrübəsinin olması üstünlükdür; Müştərilərlə effektiv ünsiyyət qurmaq, biznes ehtiyaclarını müəyyən etmək və uyğun həllər təqdim etmək bacarığı; Aktiv müştəri axtarışı (cold calling, görüşlərin təşkili, sahə ziyarətləri) bacarığı; Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office); Azərbaycan dilini yaxşı səviyyədə bilmək.