Vacancies
AY

İctimai nəqliyyat üzrə mütəxəssis

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Təsvir

Daxil olan müraciət və sorğuları qanunvericiliyə uyğun (müddət və qaydalar daxilində) cavablandırmaq, təhlil etmək və həlli üçün təkliflər hazırlamaq. Mövcud marşrutların işini təhlil etmək, marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təkliflər vermək və yeni marşrutların təşkili ilə bağlı işləri icra etmək. Sərnişin tələbatını və axınını öyrənmək üçün monitorinqlər keçirmək, dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq. İctimai nəqliyyatda xidmətin təşkilinə, daşıyıcıların fəaliyyətinə, gediş tariflərinin tətbiqinə və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək. Hərəkət sxemləri və hərəkət cədvəllərinin hazırlanmasında iştirak etmək. Onlayn bilet satışı sisteminin təşkili, sifarişli daşımalara icazə verilməsi və müqavilələrin bağlanılması proseslərində iştirak etmək. İctimai nəqliyyatda yeni tarif yanaşmaları və innovativ həllərin tətbiqi üzrə təhlillər aparmaq. Şöbənin fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Requirements

  • Müvafiq sahə üzrə ali təhsil. Nəqliyyat, logistika və ya ictimai sərnişindaşıma sahəsində ümumi olaraq 1–3 il iş təcrübəsi. Azərbaycan Respublikasının qanunvericiliyi, nəqliyyat sahəsinə aid qaydalar, standartlar və normativ sənədlərlə işləmə bacarığı. MS Office proqramlarında (xüsusilə Excel-də) sərbəst işləmək bacarığı (məlumatların təhlili və hesabatlıq üçün). İctimai nəqliyyat şəbəkəsinin təhlili, marşrut xətlərinin optimallaşdırılması və sərnişin axınının öyrənilməsi üzrə ilkin analitik bacarıqlar. Elektron sənəd dövriyyəsi ilə işləmək bacarığı.
Back