Vacancies
NG

İnsan Resursları üzrə Biznes Tərəfdaşı (Təlim və inkişaf / İşə qəbul istiqamətləri üzrə)

Novex Group

Şirkət: Qəbələ Konserv Zavodu İş yeri: Bakı şəhəri Əsas öhdəliklər: İstedad ehtiyaclarını müəyyən etmək, işçi qüvvəsinin optimallaşdırılması və ardıcıllıq planlaması üzrə tövsiyələr vermək. Şirkət və departamentlər səviyyəsində strateji təlim ehtiyaclarını (TNA) təhlil etmək və illik təlim planını/büdcəsini hazırlamaq. Əməkdaşların peşəkar və şəxsi bacarıqlarını artıracaq daxili inkişaf proqramlarını, rəqəmsal və ənənəvi təlim modullarını dizayn və təşkil etmək. Keçirilən təlim və inkişaf proqramlarının keyfiyyətini, iş performansına və biznesin gəlirliliyinə olan birbaşa təsirini (təlimin effektivliyini) ölçmək. Davamçılar Planlaması (Succession Planning): Şirkətin kritik mövqeləri üçün gələcək rəhbərləri daxildən yetişdirmək məqsədilə davamçılar strukturunu qurmaq və idarə etmək. İşə qəbul, işdən ayrılma, müqavilə dəyişiklikləri, məzuniyyət və digər əməliyyatların düzgün və qanunvericiliyə uyğun icrasını təmin etmək. Performans idarəetməsinin effektivliyini artıran həllər hazırlamaq və liderləri kouçinq və inkişaf proseslərində dəstəkləmək. İşçi cəlb olunmasını, əməkdaşlıq və yüksək performans mədəniyyətini gücləndirən təşəbbüslər həyata keçirmək. Ədalətli və rəqabətli ödəniş sisteminin təmin olunması və motivasiyaedici proqramların hazırlanması üzrə dəstək vermək. İşçilərin təcrübəsini yaxşılaşdıran təşəbbüslər hazırlamaq, sorğular aparmaq və nəticələrə əsaslanan inkişaf tədbirləri təklif etmək. Əsas İR göstəricilərini təhlil etmək, həllər üzrə analitik tövsiyələr vermək və idarəetməni məlumatlarla dəstəkləmək. Əsas tələb: Ali təhsil: Bakalavr dərəcəsi, ideal olaraq İnsan Resurslarının İdarəedilməsi, biznesin idarə olunması və ya oxşar sahələr üzrə; 5+ il İnsan Resursları Biznes Partnyoru (HRBP), Təlim və İnkişaf, HR əməliyyatları və ya işçi münasibətləri sahəsində təcrübə; Azərbaycan dilində sərbəst danışıq. Əlavə dillər üstünlük hesab ediləcək. FMCG/İstehsalat sənayelərində iş təcrübəsinin olması üstünlükdür; Yüksək səviyyədə MS Excel bacarıqları Regionlara ezam getmə Təklif edirik: Könüllü tibbi sığorta Korporativ nömrə və ona uyğun internet paketi Təlim və inkişaf imkanları Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “ İnsan Resursları üzrə Biznes Tərəfdaşı ” qeyd etməklə

Back
NG
İnsan Resursları üzrə Biznes Tərəfdaşı (Təlim və inkişaf / İşə qəbul istiqamətləri üzrə)
Novex Group
Apply Now
Posted: 08 July 2026
Deadline: 08 August 2026
Company Novex Group
Country Azerbaijan
City Baku
Job type Full-time
Source ID 145368
Views 0

Detail.Share