Vacancies
TG

Kiçik auditor/Auditor

TABIA Group LLC

Təsvir

Sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq; Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək; Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək; Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək; Müəyyən edilmiş riskləri aradan qaldırmaq və ya azaltmaq üçün tövsiyələri özündə əks etdirən yekun audit hesabatlarını hazırlamaq və ya hazırlanmasında köməklik göstərmək; Yazılı hesabatlar və təqdimatlar vasitəsilə audit yoxlama nəticələrini rəhbərliyə çatdırmaq və ya çatdırılmasında köməklik göstərmək; Müəyyən edilən risklərin rəhbərlik tərəfindən aradan qaldırılmasını yoxlamaq üçün izləmə audit yoxlamalarını həyata keçirmək; Şirkət və departament daxilində effektiv əlaqələr qurmaq və inkişaf etdirmək; Daxili və ya kənar təlimlərə qoşularaq peşəkar bacarıqları inkişaf etdirmək və iş mühitində qazanılan bacarıqları tətbiq etmək; Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Requirements

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil; Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi; Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər; Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır;
Back