Vacancies
GL

Maliyyə meneceri

Grand Logistics Center

Təsvir

· Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi; · Müxtəlif maliyyə hesabatlarının yoxlanılması və hazırlanmasında iştirak etmək; · Vergi hesabatlarının yoxlanılması və təqdimatı; · Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması; · Xərclərin təhlili, layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak etmək; · Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək; · Sistem üzərində nəzarət mexanizmlərinin qurulmasında iştirak və mövcud sistemin təkmilləşdirilməsi məqsədi ilə prosedurların mütəmadi yenilənməsi; · Yeni mühasibatlıq, vaxt sərfiyyatı, mal material, əsas vəsait və digər nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi; · Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması; · Şöbə daxilində işin təşkilini, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək və şöbəyə ümumi rəhbərliyi həyata keçirmək; · Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə

Requirements

  • Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat) üzrə ali təhsil · Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi · 1C Mühasibatlıq proqramı üzrə biliklərin və təcrübənin olması · Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı · Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı · Yüksək təqdimat və idarəetmə bacarığı · Yüksək analitik düşüncə bacarığı.
Back