Vacancies
KL

Marketinq və əməliyyatlar üzrə koordinator

Klaxon Ltd

Vəzifə haqqında Biz marketinq və əməliyyat işlərinin koordinasiyasına cavabdeh, təşkilatçı və detallara diqqətli olan bir əməkdaş axtarırıq. Bu, marketinq və əməliyyat işinin kəsişməsində olan vəzifədir: siz təchizatçılar, müştərilər və daxili komandalar arasında əlaqələndirici olacaq, bütün proseslərin uyğun və vaxtında irəliləməsini təmin edəcəksiniz. Bu vəzifə çoxsaylı tapşırıqları nəzarətdə saxlamağı, insanlarla ünsiyyət qurmağı bacaran və marketinq sahəsində inkişaf etmək istəyənlər üçün uyğundur. Bakı, Azərbaycan – tam iş günü

Responsibilities

  • Çəkilişlərin koordinasiyası.
  • Foto və video çəkilişlərin təşkili və müşayiəti: zamanın, məkanın və iştirakçıların razılaşdırılması, fotoqraflar, videoqraflar və təhcizatçılar ilə əlaqələndirmə, rekvizitlərin və məhsulların çəkilişə hazırlanması, nəticənin texniki tapşırığa və brend qaydalarına uyğunluğuna nəzarət.
  • Çap materiallarının koordinasiyası.
  • Çap məhsullarının (kataloqlar, broşürlar, flayerlər, POS-materiallar, qablaşdırma və s.) hazırlanması, razılaşdırılması və istehsalının müşayiəti: mətbəələrlə əlaqələndirmə, keyfiyyətə və müddətlərə riayət olunmasına nəzarət.
  • Müştərilərin daxil olan müraciətlərinin emalı.
  • Müştərilərin mesajlarına və zənglərinə vaxtında cavab verilməsi: təsdiqlənmiş məlumatlar və qiymət siyahıları çərçivəsində məhsullar, qiymətlər, mövcudluq və satış nöqtələri barədə məsləhətlərin verilməsi.
  • Məhsulun təşviqinin koordinasiyası.
  • Məhsulun təşviqi ilə bağlı bütün tədbirlərin planlaşdırılmasında, əlaqələndirilməsində və onlara nəzarətdə iştirak.
  • Tədbirlərin və promo-aksiyaların koordinasiyası.
  • Tədbirlərin, sərgilərin, təqdimatların və promo-aksiyaların hazırlanması və keçirilməsinin müşayiəti: təşkilati dəstək, podratçıların əlaqələndirilməsi, materialların hazırlanması və tapşırıqların icrasına nəzarət.
  • Məhsulun markalanması.
  • Məhsulların üzərinə stikerlərin və digər markalama və brend elementlərinin yapışdırılması, onların müəyyən edilmiş tələblərə uyğun olaraq düzgün və səliqəli yerləşdirilməsinə nəzarət.
  • Digər tapşırıqlar.
  • Rəhbərliyin tapşırıqlarının və şirkətin marketinq fəaliyyətinin dəstəklənməsi üçün zəruri olan digər işlərin yerinə yetirilməsi.

Requirements

  • Ali təhsil;
  • Sərbəst azərbaycan dili biliyi: səlis şifahi və yazılı nitq;
  • Stresə davamlılıq və çoxvəzifəli rejimdə işləmək bacarığı;
  • Məsuliyyətlilik və detallara diqqət;
  • Ünsiyyətcillik və münasibətdə xoş rəftar.
  • İş şəraiti Tam iş günü, bazar ertəsi – şənbə, 10:00 – 19:00;
  • Müsahibənin nəticələrinə əsasən müəyyən edilən rəqabətqabiliyyətli əməkhaqqı;
  • Sınaq müddəti – 3 ay;
  • bu müddət ərzində işin nəticələri diqqətlə qiymətləndiriləcək;
Back