Məhsul meneceri
Təsvir
Mövcud və yeni məhsulların optimallaşdırılması və inkişaf etdirilməsi; Məhsul üzrə satışların artırılması üçün mütamadi təkliflərin verilməsi; Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi; Təmsil etdiyi məhsul qrupu üzrə satış komandasının lazımi informasiya ilə təmin edilməsi; Məhsul üzrə satış kanallarının koordinasiyası və idarə olunması; Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə bəzi müştərilər üzrə fərdi əməkdaşlığın qurulması; Kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması; Satış komandasına, rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması; Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə satış şöbələri ilə işin koordinasiyası; Satışı stimullaşdırıcı kampaniyaların hazırlanması və icrasına nəzarət edilməsi.
Requirements
- Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketin, Biznesin idarə edilməsi, MBA ixtisasları üstünlükdür); Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi; İngilis dili biliyi arzuolunandır; MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli; Məhsullar üzrə proqnoz vermək və satış planlatının hazırlayıb həyata keçirmək üzrə təcrübə; Yaradıcı, innovativ və strateji düşünmə bacarığı. İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza; Korporativ nömrə verilir. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik); Şəhərin mərkəzində ofis; Bonus sistemi; Peşəkar inkişaf üçün təlimlər və seminarlar; Dinamik və gənc komanda ilə iş imkanı.