Vacancies
UK

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Aparıcı/Baş Mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

Bölməyə daxil olan sorğuların təhlil edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi; Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi; Mövcud risklərin müəyyən edilməsi və mitigasiya planlarının təklif olunması; Mövcud fraud nəzarət sistemlərinin təkmilləşdirilməsi və test proseslərində iştirak; Təkrarlanan halların qarşısının alınması üçün effektiv həll yollarının təqdim edilməsi; Bölmənin səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması; Daxili prosedur, təlimat və siyasətlərin təkmilləşdirilməsi prosesində iştirak; Rəqəmsal dələduzluq hadisələrinin araşdırılmasına dəstək göstərilməsi, saxtakarlıq sxemlərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün müvafiq təkliflərin verilməsi; Trendlərin izlənilməsi, sxemlərin müəyyənləşdirilməsi və potensial saxtakarlıq hallarının proqnozlaşdırılması məqsədilə analitik alətlərdən istifadə; Playbook-ların hazırlanması; Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; Erkən xəbərdarlıq sistemlərinin qurulması; Əsas risk indikatorlarının hazırlanması.

Requirements

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr dərəcəsi; Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi; Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər; SQL (Oracle) üzrə biliklər; Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı; Hüquqi və texniki sənədlərlə işləmək təcrübəsi; İngilis dili — texniki terminologiya səviyyəsində, rus dili biliyi isə arzuolunandır; Güclü analitik düşüncə qabiliyyəti, məxfi məlumatlarla işləmək bacarığı, yüksək məsuliyyət və etibarlılıq; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Back