SƏTƏM üzrə Menecer
Təsvir
Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi; Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət; ·Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi; İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili; Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq; Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi; SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi; Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi; Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması; Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət; SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək; Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək; Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi; Hotel direktoruna və "TABİA Group" SƏTƏM üzrə menecerinə bir başa hesabat vermək.
Requirements
- Tələblər Təhsil: Ali təhsil (İqtisadiyyat, menecment, psixologiya, hüquq və ya ekologiya sahəsində). İş təcrübəsi: Hotelçilik üzrə ən azı 5 il və müvafiq sahəs üzrə 3 il iş təcrübəsi. Bilik və Bacarıqlar: • Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilik bilgiləri; • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması; • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı; • Operativ və düzgün qərar vermək bacarığı; • Problemləri həll etmə bacarığı; Kompüter bilikləri: • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis və rus dili biliyi – yaxşı səviyyədə; İş yeri: Faktiki ünvan: Lənkəran şəhəri, "Lankaran Springs Welness Resort" Hotel.