Şirniyyatçı aşpaz
“Absheron Hospitality Group” MMC “Şirniyyatçı aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Əsas öhdəliklər: Rəhbərlik etdiyi işçilərin iş bölgüsünün düzgün təşkili və prioritetlərin müəyyənləşdirilməsi; Mövsümi, restoranın konseptinə uyğun desert menyusunun hazırlanması; Yeni məhsulların menyuya daxil edilməsindən əvvəl test bişirmələrinin həyata keçirilməsi; Rəqib restoranların menyularının araşdırılması və bazar trendlərinin izlənməsi; İstehsal həcminə uyğun xammal sərfiyyatının proqnozlaşdırılması, mövsümə uyğun xammal istifadəsinin planlaşdırılması; Müxtəlif növ tortların və digər un məmulatlarının hazırlanması; Tort və desertlərin estetik və kreativ dizaynla bəzədilməsi, restoran və ya vitrin üçün cəlbedici şəkildə təqdim edilməsi; Hazır məhsulun dad, tekstura və görünüş baxımından qiymətləndirilməsi; İsrafın və normadan artıq sərfiyyatın qarşısının alınması; Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Baş aşpazın tapşırıqlarının vaxtında və düzgün icra olunması; Yeni işçilərin və təcrübəçilərin işə qəbuldan sonra praktiki təlimlərin təşkil olunması, xəmir, krem, bişirmə və dekor texnikaları üzrə mərhələli öyrədici proqramın hazırlanması; İşçilərin performansının qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması; Planlaşdırılmış büdcə ilə faktiki xərclərin müqayisəli təhlilini həyata keçirmək; Məhsul kateqoriyalarının gəlirliliyinin hesablanması, məhsulun maya dəyəri, satış qiyməti və mənfəət faizinin mütəmadi monitorinqinin həyata keçirilməsi; İsraf, zay məhsul və itkilərin analiz edilməsi; İnventarizasiya prosesində iştirak etmək və fərqlərin araşdırılması; Vəzifə üzrə əsas
Requirements
- Müvafiq sahədə 5 il iş təcrübəsinin olması;
- Qənnadı və un məmulatlarının hazırlanma texnologiyasını bilmək;
- Krem, sous və dolğuların hazırlanma qaydalarını bilmək;
- Böyük həcmdə istehsalı idarə etmək;
- Büdcə planlaması və xərclərin optimallaşdırılması;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
- Ərzaqların saxlanma qaydalarını bilmək;
- Diqqətli olmaq və detallara önəm vermək;
- Liderlik qabiliyyətinin olması;
- Konfliktlərin effektiv şəkildə idarə olunması;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
- Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini