Vacancies
NW

Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis

North West

Responsibilities

  • Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
  • Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
  • Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
  • Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
  • Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
  • Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
  • Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
  • Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
  • Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.

Requirements

  • AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı;
  • texniki sənədlərin hazırlanması üçün Word və Excel.
  • Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
  • SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
  • Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
  • Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
  • Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
  • Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
  • Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
  • Vəzifənin Qısa Təsviri: Yaşayış, qeyri-yaşayış, strateji və xüsusi təyinatlı obyektlərin su təchizatı, kanalizasiya, yağış-drenaj və yanğınsöndürmə sistemlərinin layihələndirilməsinə rəhbərlik etmək;
  • layihələrin qüvvədə olan normativ sənədlərə uyğunluğunu və texniki keyfiyyətini təmin etmək.
  • Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.
Back
NW
Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis
North West
Apply Now
Posted: 16 July 2026
Deadline: 16 August 2026
Company North West
Country Azerbaijan
City Baku
Category Engineering
Job type Full-time
Source ID 146090
Views 0

Detail.Share