Vacancies
AA

Təcrübə Proqramı

Avex Audit and Consulting

“Avex Group” – Praktiki Mühasibatlıq üzrə praktiki şəkildə təcrübə proqramına Sentyabr-Oktyabr qruplarına qeydiyyatı elan edir.

Proqram sizə nə qazandıracaq?

• Mühasibatlığın real iş proseslərini praktiki şəkildə öyrənəcəksiniz

• Dövlət elektron portalları və peşəkar mühasibat proqramlarında işləmə bacarığı əldə edəcəksiniz

• Qarşılaşa biləcəyiniz vergi və əmək qanunvericiliyi risklərini real keyslər üzərində analiz edəcəksiniz

• Dərslərin video yazıları və əlavə tədris materialları təqdim olunacaq

• Təlimi uğurla tamamlayan iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat veriləcək

Proqram kimlər üçündür?

• Mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər

• Praktiki bilik və bacarıqlar əldə etmək istəyən yeni başlayanlar

• Təcrübəsi olmasa da əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən məzunlar

• Yeni peşəyə yiyələnərək karyerasına fərqli istiqamətdə davam etmək istəyən şəxslər

Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.

Müddət 3 ay

Həftədə 2 dəfə-2saat

Proqrama daxildir

• Təlim müddətində əldə edəcəyiniz bilik və praktiki bacarıqlar

• Vergi və elektron sistemlər

• Yenilənmiş new.e-taxes.gov.az portalında peşəkar işləmə bacarığı;

• Təqdim etmə, geri qaytarma, qiymət artımı və azalması üzrə dəqiqləşdirilmiş e-qaimələrin hazırlanması və göndərilməsi;

• Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və təhvil-təslim aktlarının tərtib olunması;

• Mal və xidmət (fəaliyyət) kodlarının əldə edilməsi və tətbiqi;

• Vergi orqanlarından daxil olan məktubların təhlili, cavablandırılması və düzgün icrası;

• Şəxsi Hesab Vərəqəsinin analiz edilməsi və məlumatların düzgün qiymətləndirilməsi;

• Bəyannamə sisteminin bölmələri və işləmə prinsipləri ilə tanışlıq.

Əmək haqqı və bank əməliyyatları

• Əmək haqlarının hesablanması və qanunvericiliyə uyğun tutulmaların müəyyənləşdirilməsi;

• Bank sisteminin iş prinsiplərinin öyrənilməsi;

İnternet bankçılıq əməliyyatlarının icrası:

• bankdaxili və ölkədaxili köçürmələr;

• xarici ödənişlər;

• valyuta mübadiləsi;

• əmək haqqı ödənişləri;

• dövlət büdcəsinə ödənişlər;

• kütləvi ödəniş əməliyyatları.

Dövlət qeydiyyatı və digər əməliyyatlar

• e-customs.gov.az sistemi vasitəsilə gömrük kodunun əldə edilməsi;

• Biznes və əmək haqqı kartlarının sifariş proseduru;

• Mövcud elektron ərizə formalarının tətbiqi;

• Fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatı;

• Təsərrüfat obyektinin qeydiyyata alınması, dayandırılması və qeydiyyatdan çıxarılması üzrə müraciətlərin hazırlanması;

• Debitor və kreditor uçotu üçün Excel cədvəllərinin hazırlanması və idarə olunması.

Hesabatların hazırlanması

• Cari vergi ödənişləri üzrə arayışların hazırlanması;

• DSMF hesabatlarının tərtibi;

• Statistik hesabatların (aylıq, rüblük və illik) hazırlanması;

• Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;

• ÖMV bəyannaməsinin tərtibi;

• ƏDV bəyannaməsinin hazırlanması.

Əlavə modul – Kadr uçotu

Təlim çərçivəsində kadr uçotu və ƏMAS sistemi üzrə praktiki biliklər də əldə edəcəksiniz.

Kadr uçotu

• Əmək haqqı və tabel cədvəllərin hazırlanması

• Müəssisə strukturunun yaradılması

• İşə qəbul və dəyişikliklər

• Ştat vahidinin yaradılması

• Əmək müqavilələri bildirişinin yaradılması

• Əmək müqavilələrinə dəyişiklik

• Şirkət daxili əmək müqavilələrinin yaradılması

• Xitam prossesi

• Son haqq-hesab

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə - 0559954629

Back